Son Xəbərlər
Bakıda bir sıra avtobusların hərəkət istiqaməti dəyişdirilir. Liderxeber.az
İsrailin Baş naziri Binyamin Netanyahunun oğlu Yair Netanyahu adını və
“İran-ABŞ atəşkəsi hələ də qüvvədə qala bilər”. Liderxeber.az xəbər verir ki,
“Layihənin tətbiqi zamanı hüquqi müəyyənliyin təmin olunması, normativ
“Qarabağ”ın futbolçusu Abdullah Zubirin UEFA Avropa Liqasının I təsnifat
Şimali Koreya (KXDR) özünün nüvə potensialını daha da artırmaq istiqamətində
Məlumat verdiyimiz kimi, bu yaxınlarda Bakı–Tbilisi–Bakı marşrutu üzrə hər
Kibertəhlükəsizliyin təmini sahəsində normativ hüquqi aktların tələblərinin
İyulun 11-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Pornoqrafiya, əxlaqsız ifadələr, narkotik, qumar və digər bir sıra hallarda

Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir

10 iyl 2026, 17:12
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir

Bakıda bir sıra avtobusların hərəkət istiqaməti dəyişdirilir.

Liderxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, paytaxtın Səməd Vurğun küçəsinin Füzuli küçəsi ilə kəsişməsindən Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişməsinədək, eləcə də Nazim Hikmət küçəsinin Mətbuat prospekti ilə kəsişməsindən Abbas Mirzə Şərifzadə küçəsi ilə kəsişməsinədək olan hissələrində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. 

Məhdudiyyət səbəbindən 10-12 iyul tarixlərində 61 və 88A nömrəli müntəzəm marşrutların hərəkəti Rəşid Behbudov, Abbasqulu ağa Bakıxanov və Səməd Vurğun küçələri ilə, 10, 14 və 18 nömrəli müntəzəm marşrutların hərəkəti isə Əbdürrəhim bəy Haqverdiyev, Şəfayət Mehdiyev, Akim Abbasov və Abbas Mirzə Şərifzadə küçələri ilə təşkil edilir. 

11-12 iyul tarixlərində isə Sənan Abdullayev küçəsində (Baksol yolu), Ziya Bünyadov prospektindən Karvan yolu döngə 1-dək aparılacaq təmir işləri ilə əlaqədar 71 nömrəli müntəzəm marşrut müvəqqəti olaraq metronun “Azadlıq prospekti” stansiyasından Sənan Abdullayev küçəsi, giriş 141A ünvanınadək fəaliyyət göstərəcək.