Son Xəbərlər
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini

Bakıda MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının iclası keçirilir

15 sen 2023, 09:51
Bakıda MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının iclası keçirilir

Bakıda Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü iclası keçirilir.

LiderXəbər xəbər verir ki, toplantıda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Rusiyanın Baş prokurorları, MDB Baş prokurorların Əlaqələndirmə Şurasının icraçı katibi, eləcə də MDB Katibliyi və MDB-nin Anti-terror mərkəzinin məsul şəxsləri iştirak edirlər.

Baş prokuror Kamran Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin iclas iştirakçılarına müraciətini səsləndirib.

Daha sonra çıxış edən K.Əliyev təşkilat tarixində ilk dəfə olaraq yüksək səviyyəli tədbirin Bakıda təşkilindən məmnunluğunu ifadə edib.

O, iclasın iştirakçı ölkələrin prokurorluq orqanları arasında cinayətkarlıqla mübarizə, asayişin təmini, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində əməkdaşlığın inkişafına əlavə təkan verəcəyini vurğulayıb.