Son Xəbərlər
İyulun 3-də güclü geomaqnit qasırğası olacaq. Liderxeber.az xəbər verir ki,
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus bir sıra yol
Konqresin Təşkilat Komitəsinin sədri Ravil Tağıyev bildirib ki, 3–4 iyul
İranın mərhum Ali Lideri Əli Xamenei ilə vida mərasimində təxminən 100
2 iyul 2026-cı il tarixdə Azərbaycan polisinin yaranmasının 108-ci ildönümü
Avropa İttifaqı Türkiyə ilə viza rejiminin liberallaşdırılması üzərində
DÇ-2026-nın pley-off mərhələsinin matçları davam edir. Liderxeber.az xəbər
İyulun 6-31-də Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin
Amerika Birləşmiş Ştatları (ABŞ) bir neçə aylıq fasilədən sonra İraqa nağd
Bakının bəzi ərazilərində suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

Paytaxtda 177 eskalator yenilənəcək - Fotolar

02 iyl 2026, 12:54
Paytaxtda 177 eskalator yenilənəcək - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq payız aylarında Bakı şəhərində yerləşən yerüstü və yeraltı piyada keçidlərində istismar müddətini başa vurmuş eskalator və bəzi liftlər yenilənəcək. 

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Liderxeber.az-a verilən məlumata görə, sözügedən işlər çərçivəsində bu sahədə dünyanın aparıcı istehsalçılarından biri hesab olunan Finlandiyanın məşhur “KONE” şirkətinin istehsalı olan yeni, müxtəlif hava şəraitlərinə davamlı olan eskalatorlar sifarış olunub.

Hazırda istehsalçı zavod tərəfindən mexanizmlərin individual ölçü və texniki göstəricilərə uyğun istehsalı başlayıb. Cari ilin oktyabr-noyabr aylarından etibarən onların paytaxta gətirilərək mərhələli şəkildə quraşdırılması işlərinə başlanılacaq.

Bu işlər çərçivəsində sakinlərdən daxil olan şikayətlər əsasında paytaxtın müxtəlif ərazilərində yerləşən 46 ünvandakı yerüstü və yeraltı keçiddə ümumilikdə 177 eskalatorun və 2 travelatorun (pilləsiz, gəzinti sürətini artırmaq üçün özü hərəkət edən şaquli yol) yenilənməsi nəzərdə tutulur.

Hazırda Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansında olan sözügedən eskalator və mexanizmlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yenilənəndən sonra balansa qəbul ediləcək.