Son Xəbərlər
İyulun 3-də güclü geomaqnit qasırğası olacaq. Liderxeber.az xəbər verir ki,
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus bir sıra yol
Konqresin Təşkilat Komitəsinin sədri Ravil Tağıyev bildirib ki, 3–4 iyul
İranın mərhum Ali Lideri Əli Xamenei ilə vida mərasimində təxminən 100
2 iyul 2026-cı il tarixdə Azərbaycan polisinin yaranmasının 108-ci ildönümü
Avropa İttifaqı Türkiyə ilə viza rejiminin liberallaşdırılması üzərində
DÇ-2026-nın pley-off mərhələsinin matçları davam edir. Liderxeber.az xəbər
İyulun 6-31-də Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin
Amerika Birləşmiş Ştatları (ABŞ) bir neçə aylıq fasilədən sonra İraqa nağd
Bakının bəzi ərazilərində suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

ABŞ və İran arasındakı danışıqlarda mühüm irəliləyiş

02 iyl 2026, 10:31
ABŞ və İran arasındakı danışıqlarda mühüm irəliləyiş

Qətərin Xarici İşlər Nazirliyi ABŞ ilə İran arasında aparılan müzakirələrdə müsbət dinamikanın olduğunu bəyan edib.

Liderxeber.az xəbər verir ki, bu barədə qurumun rəsmi sözçüsü Macid bin Məhəmməd əl-Ənsari özünün "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

Diplomatın sözlərinə görə, Dohada vasitəçiliklə baş tutan təmaslar zamanı tərəflər mühüm məsələlərin həllində irəliləyişə nail olublar. Qətər rəsmisi vurğulayıb ki, ölkənin paytaxtında Pakistan tərəfinin vasitəçiliyi ilə ABŞ və İran nümayəndə heyətlərinin ayrı-ayrılıqda keçirilən görüşləri başa çatıb. Əl-Ənsari əlavə edib ki, proses iştirakçıları əldə olunan nəticələrlə kifayətlənməmək və yaxın vaxtlarda yeni görüş təşkil etmək barədə razılığa gəliblər. Onun sözlərinə görə, növbəti məsləhətləşmələrin dəqiq tarixi İranda sabiq ali lider Əli Xameneinin vida və dəfn mərasimləri yekunlaşdıqdan sonra müəyyənləşdiriləcək.