Son Xəbərlər
İyulun 3-də güclü geomaqnit qasırğası olacaq. Liderxeber.az xəbər verir ki,
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus bir sıra yol
Konqresin Təşkilat Komitəsinin sədri Ravil Tağıyev bildirib ki, 3–4 iyul
İranın mərhum Ali Lideri Əli Xamenei ilə vida mərasimində təxminən 100
2 iyul 2026-cı il tarixdə Azərbaycan polisinin yaranmasının 108-ci ildönümü
Avropa İttifaqı Türkiyə ilə viza rejiminin liberallaşdırılması üzərində
DÇ-2026-nın pley-off mərhələsinin matçları davam edir. Liderxeber.az xəbər
İyulun 6-31-də Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin
Amerika Birləşmiş Ştatları (ABŞ) bir neçə aylıq fasilədən sonra İraqa nağd
Bakının bəzi ərazilərində suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

ABŞ İraqa dollar tədarükünü bərpa etdi

02 iyl 2026, 13:36
ABŞ İraqa dollar tədarükünü bərpa etdi

Amerika Birləşmiş Ştatları (ABŞ) bir neçə aylıq fasilədən sonra İraqa nağd dollar tədarükünü bərpa edib.

Liderxeber.az xəbər verir ki, bu barədə məlumatı "The New York Times" nəşrinə ölkənin Baş naziri Əli əz-Zaidinin köməkçiləri bildiriblər.

Hökumət başçısının nümayəndəsi Heydər əl-Əbudinin sözlərinə görə, "İraqa dollar tədarükü bərpa olunub" və "problem həll edilib". Bu məlumatı baş nazirin maliyyə müşaviri Mudhər Məhəmməd Saleh də təsdiqləyib.

ABŞ Prezidenti Donald Trampın administrasiyası nağd dollar tədarükünü apreldə dayandırmışdı. Həmin vaxt Vaşinqton, eyni zamanda, İraqın təhlükəsizlik orqanları ilə birgə fəaliyyəti də məhdudlaşdırmışdı. Bu addımla Bağdad hökumətinə təzyiqlərin artırılması və İranın ölkə daxilindəki nüfuzunun zəiflədilməsi hədəflənirdi.

Mənbələrin verdiyi məlumata əsasən, ABŞ rəhbərliyinin belə bir qərar qəbul etməsinin əsas səbəblərindən biri İranın dəstəklədiyi silahlı dəstələrin həyata keçirdiyi dollar qaçaqmalçılığının qarşısını almaq cəhdləri ilə bağlı idi. Bununla yanaşı, ABŞ İraq hökumətinin İrana meylli qruplaşmalar üzərində daha güclü nəzarət mexanizmi formalaşdırmasını tələb edirdi.

Bildirilir ki, Əli əz-Zaidi baş nazir postunun icrasına aprel ayının sonlarında başlayıb. O bu vəzifəyə təyin edildikdən sonra ölkə ərazisindəki bütün silahlı qrupları dövlət nəzarəti altına almaq istədiyini açıqlayıb və irimiqyaslı antikorrupsiya kampaniyasına start verib. Aparılan istintaq tədbirləri çərçivəsində onlarla fəaliyyətdə olan və sabiq vəzifəli şəxs, o cümlədən parlament deputatları həbs ediliblər.