Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sanatoriya və
Bugün Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli

"YAŞAT" düşərgəsinin 5-ci həftəsi başa çatıb - FOTO

18 iyl 2025, 15:51
"YAŞAT" düşərgəsinin 5-ci həftəsi başa çatıb - FOTO

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, "TABİA Group"un və “Lankaran Springs Wellness Resort” Hotelin birgə tərəfdaşlığı ilə keçirilən 4-cü “YAŞAT” düşərgəsinin 5-ci həftəsində də maraqlı və əyləncəli anlar yaşanıb.

Liderxeber.az xəbər verir ki, Boulinq və "Ford Boyard" oyunlarında həmçinin hovuz saatında uşaqlar xoş vaxt keçiriblər.

Yazıçı Rövşən Abdullaoğlu və uzman doktor Altay Abdullaoğlu ilə görüşlərdə iştirakçılara müxtəlif sahələrdə yeni məlumatlar verilib, onların sualları cavablandırılıb.

Düşərgə çəçivəsində “GİLTEX” MMC və Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası tərəfindən hədiyyələr təqdim olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov ilə görüş çərçivəsində “Fazzi:Oyanış” kitabı ilə bağlı aktiv müzakirələr aparılıb.

“İnnoBala” Yaradıcı İnkişaf Mərkəzi tərəfindən eko-çanta ustad dərsi və təbiət elminə aid təcrübələr də təşkil edilib.

ASAN Radio və TV-nin təşkilati dəstəyi ilə baş tutan konsert proqramında gənc estrada ulduzları Ayaz Babayev və Hiss müxtəlif ifalarını səsləndirərək uşaqlarla xoş vaxt keçiriblər. 

Düşərgə iştirakçısı Nurlan Həmidlinin doğum günü qeyd olunub.

Həftənin yekunu ilə bağlı təşkil olunan mərasimdə də uşaqlara hədiyyələr verilib . 

Tərəfdaşlar: TABİA Group və “Lankaran Springs Wellness Resort” Hotel;

Sponsorlar: NEQSOL Holding, Bakcell, Norm, AMO Corporate Group, GILTEX MMC, Nar, DTİK, DadHouse;

Dəstəkçilər: “ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi”, “ABAD”, “PAŞA Həyat”, “Badamlı Mineral Suları”, Milla, AFRA;

Media dəstəyi: ASAN Radio/TV