Son Xəbərlər
İyulun 3-də güclü geomaqnit qasırğası olacaq. Liderxeber.az xəbər verir ki,
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus bir sıra yol
Konqresin Təşkilat Komitəsinin sədri Ravil Tağıyev bildirib ki, 3–4 iyul
İranın mərhum Ali Lideri Əli Xamenei ilə vida mərasimində təxminən 100
2 iyul 2026-cı il tarixdə Azərbaycan polisinin yaranmasının 108-ci ildönümü
Avropa İttifaqı Türkiyə ilə viza rejiminin liberallaşdırılması üzərində
DÇ-2026-nın pley-off mərhələsinin matçları davam edir. Liderxeber.az xəbər
İyulun 6-31-də Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin
Amerika Birləşmiş Ştatları (ABŞ) bir neçə aylıq fasilədən sonra İraqa nağd
Bakının bəzi ərazilərində suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

İranın mərhum Ali Lideri Əli Xameneinin vida mərasimində yüzə yaxın dövlətin nümayəndəsi iştirak edəcək

02 iyl 2026, 17:02
İranın mərhum Ali Lideri Əli Xameneinin vida mərasimində yüzə yaxın dövlətin nümayəndəsi iştirak edəcək

İranın mərhum Ali Lideri Əli Xamenei ilə vida mərasimində təxminən 100 dövlətin nümayəndəsi iştirak edəcək. 

Liderxeber.az IRIB-ə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai açıqlayıb. 

Bildirilib ki, iyulun 3-ü səhər saatlarında ictimaiyyətin iştirakı ilə vida mərasimi keçiriləcək, günün ikinci yarısında isə mərasimə yüksəksəviyyəli xarici nümayəndə heyətləri qoşulacaq.

Məlumata görə, qonaqlar arasında dövlət başçıları, parlament sədrləri, xarici işlər nazirləri, hökumətlərin xüsusi nümayəndələri, eləcə də siyasi və ictimai xadimlər olacaq.

Qeyd edək ki, proqrama əsasən, vida mərasimləri təkcə İranda deyil, İraqın Nəcəf və Kərbəla şəhərlərində də keçiriləcək. Sabiq rəhbərin cənazəsi iyulun 8-də İraqa aparılacaq. Bütün mərasimlərdən sonra Ayətullah Seyid Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəd şəhərində torpağa tapşırılacaq.