Son Xəbərlər
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini

Bu şəxslərə göyərti yemək olmaz!

13 sen 2023, 15:43
Bu şəxslərə göyərti yemək olmaz!

Təzə göyərti çox faydalı məhsuldur. Göyərti əla vitamin, mineral və qidalı liflər mənbəyidir, bir çox xəsəliklərin qarşısını almağa və sağlamlığımızı möhkəmləndirməyə kömək edir. Lakin bəzi xəstəliklər zamanı təzə göyərtinin istehlakı ziyanlı ola bilər.

LiderXəbər saglamolun.az-a istinadən sizə bu xəstəliklərin siyahısını təqdim edir.

- Qastrit və xora xəstəliyi, kolit, pankreatit (mədəaltı vəzi iltihabı) zamanı çoxlu miqdarda göyərtinin istehlakı xəstəliyin kəskinləşməsinə səbəb ola bilər.

- Öd daşı xəstəliyi, xolesestit (öd daşı iltihabı) zamanı göyərti yemək olmaz.

- Hipotoniyadan (aşağı təzyiq) əziyyət çəkirsinizsə, çoxlu miqdarda nanə yeməyin, bu da təzyiqin daha da düşməsinə səbəb ola bilər.  

- Podaqra, böyrək daşı və böyrək iltihabları zamanı turşəng və ispanağı yemək olmaz.

- Hamiləlik zamanı cəfərinin çoxlu miqdarda istehlakı tövsiyə edilmir ki, bu göyərti uşaqlığın sıxılmasına səbəb ola bilər.

- Ürəyin işemik xəstəliyi, infarkt və insultdan sonra, tromboflebit zamanı çoxlu miqdarda göyərti yemək olmaz. Göyərtinin tərkibində olan K vitamini qanı qatılaşdırır ki, bu da ürək və damar problemləri olan insanlara ziyan vura bilər.

- Ciddi qaraciyər xəstəlikləri zamanı göyərtilərin (xüsusilə yaşıl soğan və sarımsağın) istehlakı ziyanlıdır.