Son Xəbərlər
Qumar oyunlarının təkrar keçirilməsi üçün yer təşkil etmə və ya saxlamanı
İyunun 24-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Bakıda sirkədən zəhərlənən kişi xəstəxanada vəfat edib. Liderxeber.az xəbər
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar
Azərbaycan Prezidenti İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Giyoma təbrik
Çuğundur, ispanaq və kələm kimi tərəvəzləri qəbul etdikdən sonra saqqız
Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin
Avropa son illərin ən güclü isti hava dalğalarından biri ilə üz-üzə qalıb.
Xəbər verdiyimiz kimi, dünən Xəzər rayonu Mərdəkan çimərliyində 4 gənc batıb.

Sabah intensiv yağış yağacaq

23 iyn 2026, 13:03
Sabah intensiv yağış yağacaq

İyunun 24-də gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Liderxeber.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət isə gecə 60-65 %, gündüz 40-50 % təşkil edəcək.

Azərbaycanın bəzi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, axşam yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-25° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22°, bəzi yerlərdə 25-28° isti olacaq.