Son Xəbərlər
İlham Heydər oğlu Əliyev. Dünyanı ayağa qaldıran, düşməni diz çökdürən əbədi
İçməli su bir neçə kateqoriyaya bölünür, xüsusiyyətlərinə və saxlama müddətinə
Meyvə yemək xeyirlidir. Lakin çoxları bilmir ki, axşam və ya yatmazdan əvvəl
İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının lideri dekabrın 19-da
Şuşa şəhərinə növbəti köç karvanı Bakıda yola salınıb. Liderxeber.az xəbər
Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb.
ABŞ-li milyarder və "X" sosial şəbəkəsinin sahibi İlon Mask siyasi
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi
Bakıda yerləşən Dreamland kompleksində “Marga” sağlamlıq mərkəzinin möhtəşəm
Prezident İlham Əliyev Məmməd Bahəddin oğlu Əhmədzadənin Azərbaycan
banner

Mobil telefonun gözə ziyanı

07 sen 2023, 08:28
Mobil telefonun gözə ziyanı

Son dövrlər istər azyaşlı, istərsə də məktəb yaşlı uşaqlar arasında smartfon və planeştlərdən istifadə geniş yayılıb. Təbii ki, texnologiyanın inkişaf etdiyi bir dövrdə bu qaçılmaz haldır. Lakin bəzən valideynlər özləri qəsdən uşaq səs salmasın, başı qarışsın və ən əsası öz rahatlığı üçün övladına mobil telefon verirlər. Təsadüfi deyil ki, bu gün məhz bu problemlə bağlı Kliniki Tibbi Mərkəzə (KTM) müraciət edən uşaqların sayında artım müşahidə edilir.

LiderXəbər xəbər verir ki, KTM-in həkim-oftalmoloqu Səfurə Acalovanın sözlərinə görə, bu gün uşağını göz həkiminə gətirən valideynlərin əksəriyyəti mobil telefonlardan şikayətçidir.

“Smartfonların uşaqların psixologiyası ilə yanaşı, gözünə də çox böyük mənfi təsirləri var. Müasir dövrdə bu cihazları tamamilə uşaqlardan uzaqlaşdırmaq mümkün deyil, amma müəyyən qədər gözlənilən ziyanları minimuma endirmək olar".

Həkim qeyd edib ki, ilk növbədə uşağın telefon, planşet və yaxud kompüterlə arasında olan məsafəyə diqqət yetirmək lazımdır. Ekranın parlaqlığı gözün qıcıqlandırmayacaq səviyyədə tənzimləmək lazımdır. Uşaqların bu cihazlardan istifadə etməsi zamanı isə çox qısa zaman intervalları müəyyənləşdirmək lazımdır. Valideynlər mütləq bu məqama diqqət yetirməlidir!

S.Acalovanın sözlərinə görə, hər bir valideyn bilməlidir ki, monitora fasiləsiz baxan uşaqlarda göz qırpma sayı azalır. Bu isə gözün qurumasına səbəb olur ki, buna quru göz sindromu deyilir. Belə uşaqların gözlərində qızarma, yanma, blefarit (kirpik dibinin ikitərəfli residivləşən iltihabı) müşahidə olunur. Həmçinin, uzun müddət smartfona baxan və eynəyə ehtiyacı olan uşaqlarda görmə daha da zəifləyir, eynəyin dərəcəsi daha sürətlə artır. Qaranlıq yerdə smartfona baxmaq isə daha ciddi fəsadlara səbəb olur. Çünki texnoloji cihazların mavi şüası göz sinirini gərginləşdirir. Göz siniri gərginləşdikdə isə uşaqlarda baş ağrısına səbəb olur. Həmçinin, uzun müddət ultra-bənövşəyi şüalara məruz qalan uşaqların gözündə katarakta yaranma riski də artır.

Oftalmoloq əlavə edib ki, bu gün valideynlərin böyük əksəriyyəti özü telefonu uşağa verir ki, başı qarışsın, amma sonra da şikayət edir ki, uşaq çox baxır, telefona, orada çox oyun oynayır. Bütün hallarda uşaqlarla bu cihazlar arasında müəyyən sərhədlər qurmaq lazımdır. Əks halda gələcəkdə fəsadları ağır olur.