Son Xəbərlər
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az

Elvin Paşayev ali məktəbə qəbul olmuş şəhid övladını təbrik edib

04 sen 2023, 20:56
Elvin Paşayev ali məktəbə qəbul olmuş şəhid övladını təbrik edib

Göygöl rayonundan olan vətən müharibə şəhidi Ceyhun Niftəliyevin övladı Niftəliyev Nihat Ceyhun oğlu Dövlət İmtahan Mərkəzi tərəfindən 2023/2024-cü tədris ili üçün bakalavr səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan müsabiqənin nəticələrinə görə yüksək nəticə əldə edərək Azərbaycan Tibb Universitetinə qəbul olub.
 
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev şəhid övladı Nihat Niftəliyevlə yaşadığı evində görüşüb, onu tələbə adını qazanması münasibəti ilə təbrik edib, gələcək həyatında uğurlar arzulayıb və qeyd edib ki, tələbə adı dəyərli, məsuliyyətli və qürurvericidir, o ad 11 illik əməyin, zəhmətin və iradənin bəhrəsidir. Eyni zamanda, bildirib ki, şəhid və qazi ailələri, onların övladları dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunur. Çünki şəhid övladları Vətənə əmanətdir. Sonra şəhid övladına xatirə hədiyyəsi təqdim edilib.
 
Görüşdə şəhidin ailə üzvləri, Göygöl Rayon İcra hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Göygöl rayon üzrə Təhsil sektorunun rəhbəri və Göygöl rayon Texniki-təbiət fənləri təmayüllü liseyin direktoru iştirak edib. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
 
Görüşün sonda xatirə fotosu çəkdirilib.