Son Xəbərlər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sanatoriya və
Bugün Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli
Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinə əcnəbi
ABŞ və İran arasında münaqişənin nizamlanması üzrə memorandum gələn həftənin
Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılan
Əkin torpaqlarında ağac və kolların götürülməsinə dair yeni qayda
Sosial şəbəkələrdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən DOST Mərkəzində
Azərbaycan Portuqaliyanın Lissabon şəhərində səfirlik açacaq. Liderxeber.az
İyulun 13-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya

“Nizami” və “28 May” arasında hərəkət müvəqqəti dayandırılacaq”

25 sen 2025, 12:23
“Nizami” və “28 May” arasında hərəkət müvəqqəti dayandırılacaq”

“Xətlərin ayrılması layihəsinin əsas tərkib hissələrindən biri tunellərin inşasıdır. 200 metrə yaxın uzunluğu olan tunellər inşa ediləcək və bunun üçün yaşıl xətt və qırmızı xətt üzrə sərbəst hərəkət təmin ediləcək”.

Liderxeber.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin Tikinti layihələrinin idarə olunması departamentinin rəis müavini Məmməd Rzayev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, xətlərin ayrılması layihəsinin tərkib hissəsində olan hər iki tunelin inşası zamanı “Nizami” və “28 May” stansiyaları arasında hərəkət müvəqqəti dayandırılacaq: “Dayanma müddətinin uzun olmaması məqsədilə işləri belə planlaşdırdıq ki, “28 May” stansiyasının ərazisində iki ədəd yanaşma tunelinin inşasını önə saldıq ki, bu tunellərin inşası prosesində mümkün qədər qısa müddətdə hərəkət daynamasına səbəb olsun. Yanvar ayında şaxtanın tikintisi başa çatdırılacaq, ondan sonra xətlərin ayrılması işlərinə start veriləcək.

Hazırda 2 saylı şaxtada suvaqvurma işlərinə başlanılıb. Eyni zamanda həmin ərazidə daha öncədən kommunikasiya işlərinin köçürülməsi tamamlanıb. 1 saylı şaxtanın ərazisi hasara alınıb və kommunikasiya xətlərinin köçürülməsi prosesi davam edir”.