Son Xəbərlər
"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində
İnsult təkcə beyində deyil, bədənin digər hissələrində baş verə bilər.
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin
Kardioloq Sergey Veçtomov istirahət zamanı ürək döyüntüsünün sürətlənməsinin
Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli "Dövlət orqanları,
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam

Bakıda daha bir ərazidə söküntü olacaq

24 sen 2025, 12:33
Bakıda daha bir ərazidə söküntü olacaq

Bakıda daha bir ərazidə fərdi yaşayış evlərinin sökülməsi ilə bağlı hazırlıq işlərinə start verilib.

Liderxeber.az xəbər verir ki, bu dəfə söküntü Nərimanov rayonunda - Dərnəgül bazarının arxasında yerləşən fərdi yaşayış evlərini əhatə edəcək.

Küçə boyunca evlərdə ölçü götürülüb, hətta divarlara işarələr də qoyulub. Əraziyə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşlarının gəldikləri bildirilir.

Hazırda layihə ilə bağlı rəsmi açıqlama verilməsə də, sakinlər arasında evlərin yaxın vaxtlarda söküləcəyi barədə məlumat dolaşır.

Qeyd edək ki, paytaxtda qəzalı və istismar müddəti bitmiş evlərin söküntüsü təhlükəsizliyin təmin olunması və müasir şəhərsalma tələblərinin yerinə yetirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Məlumat üçün bildirək ki, Baş nazir Əli Əsədov Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrupun yaradılması barədə sərəncam imzalayıb.

Eyni zamanda ilkin olaraq Bakı şəhərinin Böyükşor gölü ətrafında, Heydər Əliyev və Ziya Bünyadov prospektləri arasında yerləşən ərazilərinin, Heydər Əliyev adına Neft Emalı Zavodu ətrafında olan ərazilərinin dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində razılaşdırılmış konseptual layihələr əsasında yenidən qurulmasının həyata keçirilməsi üçün investisiya qoyuluşuna zəruri şərait yaradılmasını, həmin layihələr üzrə investisiya müqavilələrinin şərtlərinin razılaşdırılmasını və digər zəruri tədbirlərin görülməsini təmin etmək də İşçi qrupuna həvalə edilib. Dərnəgül bazarının da məhz bu proses çərçivəsində söküləcəyi bildirilib.