Son Xəbərlər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sanatoriya və
Bugün Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli
Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinə əcnəbi
ABŞ və İran arasında münaqişənin nizamlanması üzrə memorandum gələn həftənin
Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılan
Əkin torpaqlarında ağac və kolların götürülməsinə dair yeni qayda
Sosial şəbəkələrdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən DOST Mərkəzində
Azərbaycan Portuqaliyanın Lissabon şəhərində səfirlik açacaq. Liderxeber.az
İyulun 13-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya

“Həmin dəyişikliklər sayəsində tıxaclar minimuma enəcək”

22 sen 2025, 14:08
“Həmin dəyişikliklər sayəsində tıxaclar minimuma enəcək”

“Əminəm ki, 5 ildən sonra Bakının mərkəzi küçələrinin görkəmi dəyişəcək, şəhər mobilliyi bugünkündən dəfələrlə yaxşı olacaq”.

Liderxeber.az xəbər verir ki, bunu AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, şəhərdə ictimai nəqliyyatın payı artırılacaq, insanların ictimai nəqliyyata çıxışı asanlaşacaq, onlara keyfiyyətli və fasiləsiz xidmət göstəriləcək: “Eyni zamanda, piyadalar və mikromobillik istifadəçiləri üçün şərait daha da yaxşılaşdırılacaq, ağıllı idarəetmə sistemləri tətbiq olunacaq. Bu dəyişikliklər sayəsində tıxaclar minimuma enəcək, insanlar şəhər daxilində daha rahat və sürətli hərəkət edə biləcəklər”.