Son Xəbərlər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sanatoriya və
Bugün Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli
Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinə əcnəbi
ABŞ və İran arasında münaqişənin nizamlanması üzrə memorandum gələn həftənin
Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılan
Əkin torpaqlarında ağac və kolların götürülməsinə dair yeni qayda
Sosial şəbəkələrdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən DOST Mərkəzində
Azərbaycan Portuqaliyanın Lissabon şəhərində səfirlik açacaq. Liderxeber.az
İyulun 13-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya

Yeni tədris ilində fəaliyyət planları və hədəflər müzakirə olundu - Fotolar

22 sen 2025, 13:13
Yeni tədris ilində fəaliyyət planları və hədəflər müzakirə olundu - Fotolar

Sentyabrın 19-u ali təhsil müəssisələri rəhbərlərinin iştirakı ilə “2025-2026-cı tədris ili: elm və ali təhsildə yeniliklər və hədəflər” mövzusuna həsr olunmuş tədbir keçirilib.

Liderxeber.az xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, həmçinin ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.

E. Əmrullayev tədbirdə çıxış edərək yeni tədris ilinə dair prioritet istiqamətlər, qarşıda duran vəzifələr və görüləcək işlər barədə ətraflı məlumat verib. Nazir ali təhsilin məzmununda həyata keçirilən yeniliklərin əhəmiyyətini vurğulayıb, dövlət tərəfindən maliyyələşdirmə mexanizmlərinə dair yeni yanaşmaların tətbiqi, elm və təhsilin inteqrasiyası, ali məktəblərin beynəlxalq reytinqlərdə mövqelərinin gücləndirilməsi kimi məsələlərin xüsusi önəm daşıdığını diqqətə çatdırıb.

Görüş zamanı 2025-2026-cı tədris ili üzrə ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələri təqdim olunub, yeni məzmunlu təhsil proqramlarının tətbiq sahəsinin genişləndirilməsi və maliyyələşdirilməsi, elmin inkişafında prioritet istiqamətlərin müəyyənləşdirilməsi, ali təhsildə idarəetmənin keyfiyyətinin və beynəlxalq əməkdaşlıq imkanlarının artırılması istiqamətində fikir mübadiləsi aparılıb.

Tədbirdə digər cari məsələlər müzakirə olunub, ali təhsil müəssisələrinin inkişafı və qarşıdakı dövrdə həyata keçiriləcək fəaliyyət planları ilə bağlı təkliflər səsləndirilib.