Son Xəbərlər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sanatoriya və
Bugün Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli
Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinə əcnəbi
ABŞ və İran arasında münaqişənin nizamlanması üzrə memorandum gələn həftənin
Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılan
Əkin torpaqlarında ağac və kolların götürülməsinə dair yeni qayda
Sosial şəbəkələrdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən DOST Mərkəzində
Azərbaycan Portuqaliyanın Lissabon şəhərində səfirlik açacaq. Liderxeber.az
İyulun 13-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya

“Daha çox sərnişin daşımaq niyyəti güdürlər, bu da problemlər yaradır”

22 sen 2025, 11:37
“Daha çox sərnişin daşımaq niyyəti güdürlər, bu da problemlər yaradır”

“Paytaxtda müntəzəm avtobuslarla sərnişindaşıma ilə bağlı göstəricilərə baxdıqda, görərik ki, Bakı şəhərinin inzibati ərazisində avtobusla müntəzəm sərnişin daşımaları xidməti 27 daşıyıcı tərəfindən təqdim edilir. Gündəlik sərnişindaşıma fəaliyyətinə 2300 avtobus cəlb edilir”.

Liderxeber.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev 
Prezidentin avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma sahəsinin təkmilləşdirilməsi ilə bağlı Fərmanına həsr edilən brifinqdə bildirib.

Onun sözlərinə görə, 27 avtobus daşıyıcısının yalnız 5-i ümumi avtobus parkının 58%-nə sahibdir və istismar etdikləri avtobusların orta yaş həddi hazırda 7 il təşkil edir. Digər daşıyıcıların istismarında olan avtobusların orta yaş həddi isə 12 ildir: “İstər Bakı şəhəri, istərsə də ölkə ərazisində mövcud olan müntəzəm sərnişin daşımaları sərnişinlərdən gedişhaqlarının yığılması şəklində sadə biznes modelə əsaslanıb. Belə olduğu təqdirdə, daşıyıcılar minimum resurs hesabına daha çox sərnişin daşımaq niyyətini güdürlər ki, bu da öz növbəsində hərəkət qrafiklərinə riayət olunması, avtobusların tutumundan istifadə ilə bağlı bir sıra problemlər yaradır. Bu hal daşımaların keyfiyyətini və etibarlığını çox aşağı salır. Sərnişinlər tərəfindən ödənilən gedişhaqqının tənzimlənən tarif olduğunu da nəzərə alsaq, bu sadə biznes modelin gəlirli olmaması aydındır. Belə ki, istər kiçik, istərsə də böyük avtobus daşıyıcılarının təqdim etdiyi sərnişindaşıma xidmətinə görə topladıqları gedişhaqları onlara nə avtobusların istismar xərclərini qarşılamağa, nə də köhnələn və sıradan çıxan avtobus parkını yeniləməyə imkan verir”.