Son Xəbərlər
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını

“Bəzi özəl məktəblərdə təhsilhaqqı 30 min manatdır”

11 sen 2025, 13:21
“Bəzi özəl məktəblərdə təhsilhaqqı 30 min manatdır”

“Bəzi özəl orta məktəblərdə təhsilhaqqı çox yüksəkdir. Bir çoxunda bu məbləğ 30 min manat civarındadır”.

Liderxeber.az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Ümumi təhsil haqqında” Qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib. 

Deputat qeyd edib ki, bu məsələnin dövlət tərəfindən tənzimlənməsi məsələsini nəzərdən keçirmək lazımdır: “Hətta bəzi rəqəmlər daha yüksəkdir. Bəzi universitetlərdə təhsilhaqları qaldırıldı. Bu, cəmiyyətdə geniş müzakirə olundu. Qiymət artımı insanların imkanına və tədrisin keyfiyyətinə uyğun olmalıdır. Bu məsələ dövlətin nəzarəti ilə aparılmalıdır. İstənilən universitet istədiyi məbləği müəyyənləşdirməli deyil. Təhsilhaqqının qalxması tələbələrin xaricdə təhsil almağa üstünlük verməsinə aparıb çıxaracaq. Hesab edirəm ki, bu məsələ sırf universitetlərin öz öhdəsinə buraxılmalı deyil”.

Millət vəkili həmçinin əlavə edib ki, məktəbli forması məsələsi də vahid olmalıdır: “Çünki valideynlər məktəbi dəyişəndə ciddi çətinliklər yaşayırlar. Hər dəfə yeni paltara pul verməli olurlar”.