Son Xəbərlər
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sanatoriya və
Bugün Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli
Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinə əcnəbi
ABŞ və İran arasında münaqişənin nizamlanması üzrə memorandum gələn həftənin
Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılan

Lənkərandakı təhsil müəssisəsinin bağlanması xəbərlərinə - Rəsmi cavab

06 avq 2025, 14:46
Lənkərandakı təhsil müəssisəsinin bağlanması xəbərlərinə - Rəsmi cavab

Lənkəran şəhər Xarici Dillər Təmayüllü Gimnaziyasının bağlanması ilə bağlı iddialar yayılıb. 

Bu barədə Liderxeber.az-a adıçəkilən müəssisədə çalışan bir qrup müəllim müraciət edib. 

Onların sözlərinə görə, gimnaziyada fəaliyyət göstərən ibtidai siniflər bağlanıb: “Əslində biz də tam bilmirik məsələ nədir. Dəqiq məlumat ala bilmirik. Guya valideynlərə məktəbin adının dəyişildiyi, məşğələ sisteminin ləğv olunduğu deyilib. Məsələni dəqiqləşdirmək istəyirik, əgər belədirsə, biz müəllimlərə də xəbərdarlıq olunmalıdır”. 

Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan saytımıza bildirildi ki, son günlər Lənkəran şəhəri Xarici Dillər Təmayüllü İnternat tipli Gimnaziyanın fəaliyyətinin dayandırılması, ibtidai siniflərin ləğv olunması və ya digər təhsil müəssisələrinə köçürülməsi ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar yayılıb: “Sözügedən təhsil müəssisəsində yeni tədris ilindən təmayül istiqamətlərinin genişləndirilərək xarici dillərlə yanaşı, digər humanitar sahələri də əhatə etməsi planlaşdırılır. Xarici dillər istiqamətində təhsil alan şagirdlərin təhsili məhdudlaşmır, əlavə olaraq sosial-humanitar (tarix və s.) istiqamətlərdə yeni imkanlar yaradılır. Bu isə şagirdlərin seçim imkanlarını artırmaqla yanaşı, onların maraq və biliklərinə uyğun daha geniş təhsil mühiti formalaşdıracaq.

Həmçinin təhsil müəssisəsindəki ibtidai sinif şagirdlərinin başqa müəssisələrə köçürülməsi, yeməkxananın ləğv edilməsi və müəssisədə çalışan əməkdaşların fəaliyyətinə xitam verilməsi məsələləri müzakirə mövzusu deyil. Şagirdlər əvvəlki illərdə olduğu qaydada təhsillərini öz gimnaziyalarında (uzadılmış gün rejimində) davam etdirəcəklər. Hazırda birinci siniflərə qəbul prosesi davam edir. Qısası, təhsil müəssisəsi öz fəaliyyətini tam qaydasında davam etdirir və yeni tədris ilinə daha geniş imkanlarla hazırlaşır”.