Son Xəbərlər
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sanatoriya və
Bugün Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli
Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinə əcnəbi
ABŞ və İran arasında münaqişənin nizamlanması üzrə memorandum gələn həftənin
Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılan

Bakı-Tbilisi-Bakı aviabiletinin bahalaşması iddiasına AZAL-dan cavab

05 avq 2025, 12:30
Bakı-Tbilisi-Bakı aviabiletinin bahalaşması iddiasına AZAL-dan cavab

"Hazırda Tbilisi-Bakı marşrutu üzrə avqust ayının sonunadək olan bütün ekonom sinif biletləri satılıb və satışda yalnız biznes sinif yerləri qalıb.

Elə bu səbəbdən qiymətlərin kəskin artması təəssüratı yaranır. Halbuki ekonom və biznes sinif arasında olan fərq beynəlxalq aviasiya praktikasında qəbul olunmuş standartdır".

Liderxeber.az xəbər verir ki, bunu sorğuya cavab olaraq "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Mətbuat Xidmətindən bildiriblər.

Qeyd olunub ki, AZAL hər gün Bakıdan Tbilisiyə beş reys həyata keçirsə də, yay mövsümündə artan tələbat səbəbi ilə biletlər, adətən, uçuşdan bir neçə həftə əvvəl tamamilə satılır:

"Buna görə də biz sərnişinlərə səyahətlərini öncədən planlaşdırmağı və biletləri mümkün qədər erkən almağı tövsiyə edirik. Bu cür yanaşma həm daha münasib qiymətə bilet əldə etməyə, həm də yalnız bahalı siniflərin qaldığı hallardan yayınmağa kömək edir.

Əlavə edilib ki, sözügedən istiqamətdəki yüksək tələbatı nəzərə alaraq Azərbaycan Hava Yolları aviaşirkəti texniki imkanları çərçivəsində avqust ayında əlavə reyslər həyata keçirməyi planlaşdırır. Əlavə reyslərdə aviabiletlərin qiyməti minimal tarifdən başlayacaq.

AZAL-ın Bakı-Tbilisi-Bakı reysi üzrə biznes sinfi üçün bilet qiymətlərini 1282 manata qədər qaldırıldığı bildirilir.

Liderxeber.az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.

Paylaşımda vətəndaşlar Tbilisidən Bakı istiqamətinə gediş-dönüş biletlərinin biznes sinfi üçün 1000 manatdan yuxarı olduğunu, eyni zamanda ekonom sinif biletlərinin tapılmadığını da bildirirlər.

Bəs Bakıdan Gürcüstan istiqamətinə ekonom sinif biletlərinin tapılmamasına səbəb nədir?

Turizm eksperti Rəhman Quliyev bildirib ki, gün ərzində AZAL Gürcüstan istiqamətinə 4-5 reys həyata keçirir, bu isə həmin istiqamətə uçuş edən sərnişinlərin sıxlığı ilə əlaqədardır. Ekspert onu da bildirib ki, qeyri-turizm mövsümündə qiymətlərin enməsi gözlənilir.