Son Xəbərlər
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sanatoriya və
Bugün Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli
Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinə əcnəbi
ABŞ və İran arasında münaqişənin nizamlanması üzrə memorandum gələn həftənin
Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılan

"Sumqayıt Texnologiyalar Parkı" MMC-nin idarəetmə orqanlarında dəyişikliklər

05 avq 2025, 10:40
"Sumqayıt Texnologiyalar Parkı" MMC-nin idarəetmə orqanlarında dəyişikliklər

"Sumqayıt Texnologiyalar Parkı" (STP) Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Müşahidə Şurasının sədri vəzifəsinə Mir Camal Paşayevin təyin edilməsi barədə qərar qəbul olunub.

Liderxeber.az xəbər verir ki, eyni zamanda, şirkətin baş icraçı direktoru vəzifəsinə Ələkbər Abbaslının, Müşahidə Şurasına üzv vəzifəsinə isə Kamran Nəbizadənin təyin olunmasına dair qərar qəbul olunub.

STP-nin Müşahidə Şurasının yeni sədri Mir Camal Paşayev uzun illər ərzində "PAŞA Qrup"a daxil olan strukturlarda rəhbər vəzifələrdə fəaliyyət göstərib, korporativ idarəetmə və strateji planlaşdırma sahəsində zəngin təcrübə qazanıb. Bu baxımdan, yeni sədrin rəhbərliyi STP-nin institusional gücünü daha da artıracaq və dayanıqlı inkişafına töhfə verəcək.

Ələkbər Abbaslı 2023-2024-cü illərdə STP-nin Müşahidə Şurasının üzvü olub. Yeni baş icraçı direktor daha əvvəl SOCAR, "Equinor", "Ernst & Young", PwC, "PAŞA İnşaat" və bir sıra digər iri şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. Onun fəaliyyəti energetika və tikinti sahələrini əhatə edir və bu da öz növbəsində STP-nin növbəti inkişaf mərhələsinin həyata keçirilməsi üçün möhkəm zəmin yaradır.

Kamran Nəbizadə, iqtisadiyyat üzrə fəlsəfə doktorudur. Karyerası ərzində SOCAR, LUKOIL və Azərbaycan Sənaye Korporasiyası kimi qurumlarda rəhbər vəzifələrdə çalışıb, 2015-2020-ci illərdə Milli Məclisin deputatı olaraq beynəlxalq parlament əməkdaşlığı və sənaye siyasətləri sahəsində fəal iştirak edib.

Yeni rəhbər heyətin iştirakı ilə STP əməliyyat səmərəliliyinin artırılması, texnoloji yenilənmə və davamlı inkişafı hədəfləyən transformasiya mərhələsinə start verib.

Qeyd edək ki, bundan əvvəl Müşahidə Şurasının sədri vəzifəsini Nəriman Sərdarlı, baş icraçı direktor vəzifəsini isə Hicran Valehov icra ediblər.

Hazırda "STP Şirkətlər Qrupu" 250 hektarlıq ərazidə, 30-dan çox istehsalat sahəsi ilə fəaliyyət göstərir və burada 2 000-dən artıq əməkdaş çalışır. Şirkət "Made in Azerbaijan" brendi altında Avropa, Rusiya, Türkiyə və Orta Asiya bazarlarına yüksəkkeyfiyyətli məhsullar ixrac edir. "STP Şirkətlər Qrupu"nun tərkibində fəaliyyət göstərən şirkətlərin bütün məhsul və xidmətləri haqqında ətraflı məlumatı "*0990" nömrəsi ilə əlaqə saxlayaraq, rəsmi internet səhifəsinə daxil olaraq və ya sosial şəbəkələrdəki səhifələri izləyərək əldə edə bilərsiniz.