Son Xəbərlər
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sanatoriya və
Bugün Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli
Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinə əcnəbi
ABŞ və İran arasında münaqişənin nizamlanması üzrə memorandum gələn həftənin
Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılan

Zəfər Parkı və “Port Baku” yaxınlığında yeni lüks “Avenue 8” layihəsinə start verildi - Fotolar + Video

04 avq 2025, 09:00
Zəfər Parkı və “Port Baku” yaxınlığında yeni lüks “Avenue 8” layihəsinə start verildi - Fotolar + Video

İyulun 22-də, Bakı şəhərinin memarlıq panoramasına yeni nəfəs gətirəcək “Avenue 8” premium yaşayış layihəsinin rəsmi təqdimat mərasimi “JW Marriott” hotelində baş tutub.

Liderxeber.az xəbər verir ki, tədbirdə media nümayəndələri, sənaye ekspertləri, biznes tərəfdaşları ilə yanaşı, yerli və xarici qonaqlar da iştirak edib.

Bakı buxtasına panoramik mənzərəsi olan, “Port Baku Walk” və Zəfər Parkı ilə əhatələnmiş “Avenue 8” təkcə yaşayış məkanı deyil, paytaxtın yeni urban simvolu kimi mövqeyini gücləndirməyə iddialıdır.

Layihə “Avant Group” və “Moonwake Investment” tərəfindən həyata keçirilir. PAŞA Bank isə layihənin rəsmi maliyyə tərəfdaşıdır.

2010-cu ildən fəaliyyət göstərən və bu günə qədər 1.1 milyon m²-dən artıq tikinti portfelinə sahib olan “Avant Group”, son illərdə Gürcüstan və Özbəkistan bazarlarında da fəallığını artırır.

“Avant Group”un Direktorlar Şurasının sədri Əli Hüseynov çıxışında bildirib:

“Avenue 8 – bu, sadəcə yaşayış binaları deyil, bu, şəhərin ruhunu əks etdirən konseptual həyat fəlsəfəsidir. 144 metrlik bu memarlıq incisi Bakının estetik ruhunu təcəssüm etdirir.”

Layihənin fərqləndirici xüsusiyyətləri barədə danışan şirkətin Biznesin İnkişafı və Marketinq direktoru Rüfət Abdullayev qeyd edib ki:

“Avenue 8-in mənzilləri 4.5 metrlik tavan hündürlüyünə malik olacaq, tam şüşəli fasadlar, zərif dizaynlı lobbilər və co-working zonaları müasir şəhər həyatına yeni standartlar gətirəcək. Binanın 30-cu mərtəbəsində “Sky Lounge” və “Rooftop Pool” zonaları, 25 metrlik qapalı hovuz, eləcə də spa, fitness və padel kortları rezidentlərə tam fərqli bir həyat tərzi vəd edir.”

Əlavə olaraq, layihənin qarşısında 5000 m²-lik yaşıllıq və ictimai park zonası salınacaq ki, bu da şəhərin mərkəzində təbiətə açılan nadir bir məkana çevriləcək.

Tədbir çərçivəsində PAŞA Bank və Avant Group arasında strateji əməkdaşlığı təsdiqləyən rəsmi Anlaşma Memorandumu da imzalanıb. PAŞA Bank-ın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev bu tərəfdaşlığın hər iki tərəf üçün dəyər yaradacağını və sektorun daha geniş inkişafında rol oynayacağını vurğulayıb.

Əlavə məlumat üçün:

https://maps.app.goo.gl/7dfR7CwAgAe6iQpK9

İnstaqram
www.avenue8.az