Son Xəbərlər
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sanatoriya və
Bugün Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli
Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinə əcnəbi
ABŞ və İran arasında münaqişənin nizamlanması üzrə memorandum gələn həftənin
Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılan

“Bankdan kredit götürmüşük, pomidor alınmır deyə ödəyə bilmirik”

02 avq 2025, 11:15
“Bankdan kredit götürmüşük, pomidor alınmır deyə ödəyə bilmirik”

Masallının illərdir pomidor əkini ilə məşğul olan Sərçuvar kənd sakinləri - fermerlər əkib-becərdikləri pomidoru sata bilmirlər.

Liderxeber.az xəbər verir ki, bu barədə Xəzər TV süjet hazırlayıb.

Bildirilib ki, onlar son illər pay torpaqlarında əkini daha da genişləndiriblər. Lakin satışa yararlı olan tonlarla pomidor sahələrdə çürüyərək məhv olur: “Üç nəfərik, 4 hektarlıq yerimiz var, pomidor sahəsində məhsul boldur. Ümumi olaraq 10 mindən çox sərmayə qoymuşuq, ancaq alıcılıq qabiliyyəti aşağıdır. Zavodlar işləmir, bazar yox. Bankdan pul götürmüşük, indi ödəyə bilmirik”.

Fermerlərin sözlərinə görə, adəti üzrə bu il də bolqar sortu olan “Novuçok” əkiblər. Bu sort da əsasən turşu hazırlamaq üçün nəzərdə tutulub. Ancaq ziyana düşüblər.

Məsələ ilə bağlı Masallı Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, ötən il rayonda 537,5 ha, bu il isə 542 ha sahədə pomidor əkilib, bu da müqayisədə 4.5 ha çoxdur: “Fermerlə bağlı isə Dövlət Aqrar İnkişaf Mərkəzi onlara heç bir köməklik göstərə bilmir. Çünki fermer bazarı özü tapmalı və becərdiyi məhsulu da istədiyi qiymətə satmalıdır”.

Süjetdə o da qeyd olunub ki, fermerler hazırda irili-xırdalığından asılı olaraq pomidorun 1 kiloqramını 10-30 qəpik arasında təklif edirlər.