Son Xəbərlər
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sanatoriya və
Bugün Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli
Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinə əcnəbi

Nəbatat Bağı sakinlərə və qonaqlara müraciət etdi

29 iyl 2025, 17:47
Nəbatat Bağı sakinlərə və qonaqlara müraciət etdi

Bakı Şəhər İcra Hakimiyyətinin başçısının tabeliyində publik hüquqi şəxs “Mərkəzi Nəbatat Bağı” paytaxt sakinləri və qonaqlara müraciət edib.

Mərkəzi Nəbatat Bağından Liderxeber.az-a verilən məlumata görə, Mərkəzi Nəbatat Bağı təbiətlə vəhdət təşkil edən bir ərazi kimi flora və faunanın qorunmasına xüsusi diqqət yetirir.

Qeyd edilib ki, bu səbəbdən orada yaşayan istənilən növ canlıların, o cümlədən həşəratların mövcudluğu mümkündür: “Nəbatat Bağında yaşayan canlılara müdaxilə isə təbiətlə balansın pozulması ilə nəticələnər ki, bu da ekoloji baxımdan mənfi təsirlərə yol açar.

Bir daha sakinlərdən və şəhərimizin qonaqlarından Mərkəzi Nəbatat Bağında təyin olunmuş yerlərdə gəzmələri, azyaşlıları diqqətdən kənar qoymamaları xahiş edilir”.

Qeyd edək ki, bu gün iyulun 28-də Mərkəzi Nəbatat Bağında 7 yaşlı uşağı ilan vurması barədə xəbər yayılıb.