Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sanatoriya və
Bugün Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli

Sabahdan peşə məktəblərinə qəbul başlayır

21 iyl 2025, 12:00
Sabahdan peşə məktəblərinə qəbul başlayır

Sabahdan peşə məktəblərinə qəbul başlayır. 

Liderxeber.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu gün keçirilən brifinqdə deyib. 

Direktor bildirib ki, peşə təhsili almaq istəyən şəxslər 22 iyul - 11 avqust tarixlərində “portal.edu.az” platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər. 

***

C. Kərəmov əlavə edib ki, peşə təhsili müəssisələrində son 10 ildə ilk dəfə plan yerlərinin sayı 30 mini ötür.

Agentlik rəhbəri qeyd edib ki, 2025/2026-cı tədris ili üzrə tələbə qəbulunun 78 peşə təhsil müəssisəsində 152 ixtisas olmaqla 32 min 620 plan yeri üzrə qəbul aparılacaq: “Ayrılan plan yerlərində ötənilki rəqəmlərlə müqayisədə 5.4% faiz artım var. Plan yerlərinin 75 faizi dövlət sifarişli, 25 faizi isə ödənişli əsaslarladır. Dövlət sifarişi yerlər əvvəlki illərlə müqayisədə artaraq 24 min 280-ə çatıb. Qəbul yerlərinin 60%-i regionlar, 40 %-i isə Bakı üçün nəzərdə tutulub”. 

***

C.Kərimovun sözlərinə görə, 2025-ci ildən peşə təhsilinə 10 yeni ixtisas  əlavə olunur: "Yeni ixtisasların 5-i yüksək texniki, 5-i isə texniki peşələrdir. Yüksək texniki ixtisaslar rəqəmsal məzmun idarəçiliyi, mexatronika, istehsalatda rəqəmsal nəzarət sistemləri, tədbirlərin təşkili, satış və marketing, texniki ixtisaslar isə rəqəmsal inşaat, 3D oyun dizaynı, avtomobil daşımaları operatoru, qaz kəmərləri çilingəri və s. olacaq".