Son Xəbərlər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sanatoriya və
Bugün Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli
Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinə əcnəbi
ABŞ və İran arasında münaqişənin nizamlanması üzrə memorandum gələn həftənin
Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılan
Əkin torpaqlarında ağac və kolların götürülməsinə dair yeni qayda
Sosial şəbəkələrdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən DOST Mərkəzində
Azərbaycan Portuqaliyanın Lissabon şəhərində səfirlik açacaq. Liderxeber.az
İyulun 13-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya

Milli Qurtuluş Günü Neftçalada da qeyd olundu - Fotolar

13 iyn 2025, 16:11
Milli Qurtuluş Günü Neftçalada da qeyd olundu - Fotolar

“Konstitusiya və Suverenlik” ili çərçivəsində Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan “Qurtuluşdan Zəfərə” adlı ümumrayon tədbiri təşkil olunub.

Liderxeber.az xəbər verir ki, tədbirdə Nefçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

İlk öncə tədbir iştirakçıları Neftçala şəhərinin mərkəzindəki Ümummilli Lider Heydər Əliyevin əzəmətli heykəlini ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ərazi bütövlüyümüzün müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən icra başçısı Mirhəsən Seyidov 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycanın müasir dövlətçilik tarixində dönüş nöqtəsi olduğunu, Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında və ölkənin gələcək inkişafında həlledici rol oynadığını vurğulayıb. Qeyd olunub ki, məhz 1993-cü ilin 15 iyun tarixindən başlayan və xalqımızın birlik və həmrəyliyinin təcəssümü olan Milli Qurtuluş Günü ölkədə sabitlik, dönüş və inkişaf mərhələsi kimi tarixdə qalıb. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qurucusu Ümummilli Lider Heydər Əliyev olan şanlı Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad edib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olunub.

Tədbirə Azərbaycan televiziyası tərəfindən hazırlanmış “Qurtuluşa doğru” sənədli filminin nümayişi ilə yekun vurulub.