Son Xəbərlər
ABŞ Prezidenti Donald Tramp regional gərginliyin daha da böyüməməsi üçün
Suriya hava məkanında güclü partlayış səsləri eşidilib, İraq və İran isə hücum
İran 15 dəqiqə ərzində ikinci dəfə İsrail istiqamətində raket zərbələri
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın

İbrahim Tatlısesə cinayət işi açıldı

13 fev 2025, 14:07
İbrahim Tatlısesə cinayət işi açıldı

Türkiyəli müğənni İbrahim Tatlısəs barəsində cinayət işi başlanıb. 

Liderxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cinayət işi müğənninin keçmiş meneceri Şule Yazarın şikayətinə əsasən açılıb.

Belə ki, menecer sənətçinin onu təhdid etməsi, mobbinq (bir və ya bir qrup insanın başqasına və ya başqa bir qrupa qarşı sosial zorakılığıdır - red.) və psixoloji zorakılıq tətbiq etməsi ilə bağlı İzmir Respublika Baş Prokurorluğuna müraciət edib.

Ş. Yazar məsələ ilə bağlı açıqlama verib: “Hələ hamilə olduğum dönəmlərdə mənimlə daim qəzəbli, kobud danışırdı, təhdid edirdi. Bəlkə də əsəbiləşib deyirdi. Ancaq o təhdidlərin bir gün həyata keçməyəcəyinin qarantiyasını heç kim verə bilməz. Buna görə də vəkilimlə birlikdə dəlillər əsasında cinayət işi qaldırdıq”.