Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Bu verilişlərin də yayım saatı azaldıldı

28 mar 2024, 15:00
Bu verilişlərin də yayım saatı azaldıldı

ARB TV-də yayımlanan 3 verilişin yayım saatı dəyişdirilib.

LiderXəbər xəbər verir ki, bu barədə telekanal məlumat yayıb.

Bildirilib ki, Elgiz Əkbərin aparıcısı olduğu "Elgizlə izlə" verilişi 14:00-16:30, Zümrüd Bədəlovanın aparıcısı olduğu "Xəbər ətər" verilişi 10:50-13:00, Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram" verilişi isə 16:30-19:00-da yayımlanacaq.

Bununla da sözügedən verilişlərin müddəti 2 saata yaxın azaldılıb.

Xatırladaq ki, bundan əvvəl ATV telekanalında yayımlanan "Bizimləsən" verilişinin aparıcısı Zaur Baxşəliyev də verilişinin vaxtının azaldıldığını açıqlayıb.

Qeyd edək ki, bir müddət əvvəl ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərləri Prezident Administrasiyasına dəvət olunublar. Onların iştirakı ilə keçirilən iclasda kanallarda yayımlanan bir sıra şou və sosial verilişlərdəki biabırçı vəziyyətlə bağlı ciddi iradlar səsləndirilib.