Aparıcı Vüsalə Əlizadə valideynlərə səslənib.
LiderXəbər xəbər verir ki, o, "İncə səhər" proqramında son günlər məktəblərdə baş verən xoşagəlməz hadisələrin uşaqların tərbiyəsinə təsir etməsindən danışıb:
"Öncəliyiniz özünüz olun. Özünü sevən pis vərdişi, ab-havada olan insanı özünə yaxın buraxmaz. Çünki özünə dəyər verirsən, özünü sevirsən. Bu gənclərimizə ən böyük örnəyiniz olsun. Sözlərim böyük çıxmasın, böyüklərdən üzr istəyirəm. Son illərin tələbi budur ki, uşağınızı bu yöndə yetişdirin. Uşaqlar məktəbə gedir, bilmədiyimiz, görmədiyimiz tərəflər var. Necə bir uşaqla dostluq edirlər? Hər gün uşaqlarınızla həmsöhbət olun. Fikirlərini öyrənin, kimlə gedib-gəlir, yoldaşlıq edirlər. Ümumiyyətlə, sinifdəki söhbətlər nə haqdadır. Hamının telefonu var. Uşaqlarımızı telefondan uzaq tuta bilmərik. O dövrdə yaşamırıq. Amma telefonda belə nələrə baxır, bilə bilərik. Son günlər məktəblərdə elə hadisələr baş verdi ki... Gənclərin həyatında özünəqapanmalar, intiharlar baş verir".