Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Sümükləri qorumaq üçün - D-dən CA-ya...

02 fev 2024, 12:10
Sümükləri qorumaq üçün - D-dən CA-ya...

Sümüklər canlı toxumalardan ibarətdir. Köhnə sümük toxuması daim yeni sümük toxuması ilə əvəz olunur və yenilənir. 30 yaşdan sonra sümük toxuması daha çox əvəz olunduğundan bir o qədər çox da məhv olur. 

LiderXəbər mövzu ilə bağlı neyrocərrahiyyə mütəxəssisi Kerem Bıkmazın əhəmiyyətli məlumatlarını təqdim edir:

25-30 yaş aralığı sümüyün qorunması üçün çox vacib dövrdür. Çünki bu yaşlar nə qədər sümük kütləsi yaratmağını və yaşlandıqca onu nə qədər tez itirdiyinizi göstərir. 

Kifayət qədər kalsium və D vitamini almaq, eyni zamanda müntəzəm məşqlər sümükləri möhkəmləndirir.

Kalsium (CA): Skelet quruluşumuz bədəndəki kalsiumun 99%-ni ehtiva edir. Kalsium ürəyin, sinirlərin və əzələlərin müntəzəm işləməsi üçün lazımdır və əzələ daralmasından qan laxtalanmasına qədər bir çox mühüm mexanizmlər üçün həyati əhəmiyyət kəsb edir.

Süd və süd məhsullarında sümüklərin ehtiyac duyduğu kalsium var.

D vitamini: Bu vitamin bədənin kalsiumu udması üçün lazımdır. Kifayət qədər D vitamini almamaq bədəninizin sümüklərinizdə yığılan kalsiumu istifadə etməsinə səbəb ola bilər.

D vitamininin əsas mənbələri süd, balıq yağı, yumurta sarısı, qaraciyər və qızılbalıq kimi yağlı balıqlardır.

Məşq: Məşq sağlam sümüklər üçün mütləqdir. Xüsusilə, çəki məşqləri (buraya ağırlıq qaldırmaq, qaçış, gəzinti, pilləkən qalxma kimi hərəkətlər daxil ola bilər) sümüklərinizi gücləndirməyə kömək edir.