Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

BƏƏ-də olan Aysel Teymurzadəni "Şərq gözəli" adlandırdılar - FOTO

23 yan 2024, 12:20
BƏƏ-də olan Aysel Teymurzadəni "Şərq gözəli" adlandırdılar - FOTO

Avroviziya təmsilçilərimizdən olan müğənni Aysel Teymurzadə istirahətə yollanıb.

LiderXəbər xəbər verir ki, sənətçi dincəlmək üçün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) üz tutub. İfaçı bu barədə sosial şəbəkə hesabında bildirib.

O istirahətindən lentə alınan videoları izləyicləri ilə bölüşüb.

Teymurzadə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən və ölkənin ən böyük məscidi olan Şeyx Zayed məscidində də olub.

Aysel şəxsi instaqram hesabında məsciddə lentə alınan fotosunu paylaşıb. Sənətçinin bu şəkili izləyiciləri tərəfindən xeyli bəyənilib.

Onlar "Şərq gözəli", "Heyrətamiz", "Nə gözəl olmusunuz, Allah duanızı qəbul etsin", "Təbii gözəl" kimi şərhlər yazaraq Teymurzadənin ünvanına təriflər yağdırıblar. 

Xatırladaq ki, ifaçı Xalq artisti Murad Adıgözəlzadə ilə ailəlidir. Onların bu evlilikdən üç övladı var.