Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Yaraları sağaldan, iltihab əleyhinə təsirə malik, mikrobları öldürən - UNİKAL QİDA

16 yan 2024, 16:35
Yaraları sağaldan, iltihab əleyhinə təsirə malik, mikrobları öldürən - UNİKAL QİDA

Sarı limon uzun müddətdir ki, unikal müalicəvi xüsusiyyətlərinə görə xalqın sevgisini qazanıb. Çünki bir fincan limonlu çay orqanizmi isidir, gümrah edir, əhval-ruhiyyəni yaxşılaşdırır və infeksiyalara qarşı müqaviməti gücləndirir.

LiderXəbər limonun bəzi faydalarını təqdim edir:

Bu sitrus meyvəsi soyuqdəymə xəstəliklərinə qarşı əla profilaktiki vasitə sayılır. Limon immunitet sistemini möhkəmləndirir, orqanizmin müqavimətini artırır. Təsadüfi deyil ki, soyuqdəyməyə qarşı bir sıra dərman preparatlarının tərkibində limon turşusu olur. Limonun müalicəvi keyfiyyəti onun antiseptik təsirində də özünü biruzə verir. Limon şirəsi yaranı bərpa edən və iltihab əleyhinə təsirə malikdir, eyni zamanda mikrobları öldürür.

Limonun lətində limon turşusu var ki, bu da meyvənin əsasını təşkil edir. Limonun qabığı isə flavonoidlər, efir yağları, pektin birləşmələr, qida lifləri ilə zəngindir. Təbii ki, bu maddələr əsasən meyvə lətində toplaşır. Limonun tərkibində bir çox vitamin var. Onlar arasında foli və C vitamini, pantoten turşusu, D vitamini, tokoferol, tiamin, retionl, piridoksin, riboflavin, PP vitaminləri xüsusi yer tutur.

İki xörək qaşığı limon turşusunun tərkibində insanın sutkalıq C vitamini norması var. Hamı bilir ki, C vitamini orqanizmin müdafiə funksiyaları üçün vacibdir.

Yaxınlarda xəstəlik və ya əməliyyat keçirən insanlarda iştahı artırır;

Bağırsaqların fəaliyyətini stimullaşdırır, mikroflorasını yaxşılaşdırır;

Orqanizmi şlaklardan və toksinlərdən təmizləyir;

Gümrahlaşdırır, yuxu və yorğunluğu aradan qaldırır;Psixoemosional vəziyyəti normallaşdırır, stresin fəsadları ilə mübarizə aparır;

Dırnaqları ağardır və möhkəmləndirir;

Qanın dövrünü və tərkibini yaxşılaşdırır;

Saçların sağlamlaşdırılmasına kömək edir;

Hamilə qadınlarda toksikoz zamanı ürəkbulanmaların qarşısını alır;

Qan damarlarını xolesterindən təmizləyir;

Avitaminoz zamanı faydalı maddələrin çatışmazlığını doldurur.