Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

Meyvələri nə zaman yemək lazımdır: yeməkdən əvvəl yoxsa sonra

13 okt 2023, 16:28
Meyvələri nə zaman yemək lazımdır: yeməkdən əvvəl yoxsa sonra

Meyvə və tərəvəzlər müxtəlif vitaminlər, minerallar, orqanik turşular, bioflavonoidlər, antioksidantlar və s. faydalı maddələrlə olduqca zəngindir.

Alimlər meyvə və tərəvəzləri ən faydalı qida məhsulları hesab edir və onları hər gün qidalanmaya daxil etməyi tövsiyə edirlər. Həkimlərin fikrinə görə hər gün 500 qr müxtəlif meyvə-tərəvəz yeyən insan özünü bir çox xəstəliklərdən qoruya bilər.

Lakin meyvələrdən fayda almaq üçün onları düzgün qəbul etmək lazımdır. Meyvələrin düzgün qəbulunun qaydalarını sizə təqdim edirik:

- Meyvələri digər qida ilə qarışdırmayın.

- Meyvələri yeməkdən ən azı 40 dəqiqə əvvəl və ya ən azı 40 dəqiqə sonra yemək olar.

- Həkimlər mədə-bağırsaq sistemi xəstəlikləri olan insanlara meyvələri yeməkdən əvvəl deyil, yeməkdən sonra yeməyi tövsiyə edirlər.

- Meyvələri doğramayın, dişləyə-dişləyə yeyin. Bu diş və damaqların sağlamlığı üçün çox vacibdir. Bu zaman damaqlar massaj olunur, onların qan dövranı yaxşılaşır, dişlərin üzərində olan ərp təmizlənir. Həmçinin meyvələrin doğranması onlarda vitaminlərin azalmasına səbəb olur.

- Meyvələri faydalı olmağına baxmayaraq həddindən artıq miqdarda yemək olmaz. Bu ishala, köpə, qarın ağrılarına və s. kimi pozulmalara səbəb ola bilər.

- Meyvə şirələrini hazırladıqdan dərhal sonra içmək lazımdır. Əks halda onlar öz faydalı xüsusiyyətlərini itirir. Həmçinin uzun müddət, hətta soyuducuda qalmış meyvə şirəsi zəhərlənməyə səbəb ola bilər.

- Həkimlərin fikrinə görə, meyvələr mütləq səhər yeməyinə daxil edilməlidir. Alimlərin fikrinə görə ideal səhər yeməyi hər hansı sıyıqdan, kəsmikdən (yoqurt, yumurta ilə əvəz etmək olar) və meyvələrdən ibarət olmalıdır.