Son Xəbərlər
İyulun 3-də güclü geomaqnit qasırğası olacaq. Liderxeber.az xəbər verir ki,
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus bir sıra yol
Konqresin Təşkilat Komitəsinin sədri Ravil Tağıyev bildirib ki, 3–4 iyul
İranın mərhum Ali Lideri Əli Xamenei ilə vida mərasimində təxminən 100
2 iyul 2026-cı il tarixdə Azərbaycan polisinin yaranmasının 108-ci ildönümü
Avropa İttifaqı Türkiyə ilə viza rejiminin liberallaşdırılması üzərində
DÇ-2026-nın pley-off mərhələsinin matçları davam edir. Liderxeber.az xəbər
İyulun 6-31-də Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin
Amerika Birləşmiş Ştatları (ABŞ) bir neçə aylıq fasilədən sonra İraqa nağd
Bakının bəzi ərazilərində suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni saytı təqdim olundu – FOTO

22 apr 2026, 20:10
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni saytı təqdim olundu – FOTO

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin üzvləri, ictimaiyyət nümayəndələri və media mənsublarının iştirakı ilə qurumun yenilənmiş aqc.az internet saytının rəsmi təqdimat mərasimi keçirilib.

Liderxeber.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan AQC sədri Vüqar Oruc rəqəmsallaşma dövründə qiymətləndirmə sektorunun şəffaflığının təmin edilməsində texnoloji yeniliklərin rolundan bəhs edib. V. Oruc qeyd edib ki, yeni platforma cəmiyyətin fəaliyyətinin beynəlxalq standartlara inteqrasiyası və ictimaiyyət üçün daha əlçatan olması istiqamətində mühüm addımdır:

“Məqsədimiz həm peşəkar qiymətləndiricilər, həm də dövlət və özəl sektor nümayəndələri üçün vahid, etibarlı və operativ məlumat mənbəyi yaratmaqdır. Yeni sayt bu sahədəki dağınıqlığı aradan qaldıracaq və peşəkar fəaliyyətin monitorinqinə töhfə verəcək.”

Vüqar Oruc çıxışında media nümayəndələrinə təşəkkür edərək AQC-nin fəaliyyətinin işıqlandırılmasında yaxından iştirak etdiklərini və bununla da təşkilatın fəaliyyətində mühüm yer tutduqlarını vurğulayıb.

AQC İctimaiyyətlə əlaqələr Departamentinin rəhbəri Orxan Əli yeni platformanın funksional imkanları barədə geniş təqdimatla çıxış edib. O, portalın həm peşəkar qiymətləndiricilər, həm də vətəndaşlar üçün əhəmiyyətini vurğulayaraq yenilikləri diqqətə çatdırıb. Bildirib ki, saytda mövcud yeniliklər həm qiymətləndiricilər, həm də bu sahəyə aid şəxslər üçün əhəmiyyət kəsb edir.

Bölmələr arasında keçidlərin rahatlığı və istifadə üçün asan mexanizmlər saytı daha da rahat edib.

Tədbirdə çıxış edənlər AQC-nin fəaliyyətinin son dövrlərdə xüsusilə aktiv fazaya keçdiyini vurğulayıb. Qeyd olunub ki, yeni saytın istifadəyə verilməsi də AQC fəaliyyətinin daha yaxından izlənməsinə şərait yaradacaq.

Tədbirin sonunda media nümayəndələrinin tikinti və söküntü işləri ilə bağlı sualları AQC-nin Tikinti və köçürülmə üzrə qiymətləndirmə və konsultasiya komissiyasının üzvləri, tanınmış iqtisadçı-ekspertlər Elnur Fərzəliyev, Firdovsi Xəlilov və Asif İbrahimov tərəfindən cavablandırılıb.