Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Türkiyə prezidentinin baş müşaviri: "Müğənni Hadise ölkənin beynəlxalq nüfuzuna zərər vurur"

23 fev 2026, 09:24
Türkiyə prezidentinin baş müşaviri: "Müğənni Hadise ölkənin beynəlxalq nüfuzuna zərər vurur"

Türkiyə prezidentinin baş müşaviri Oktay Saral müğənni Hadisenin UNICEF üçün hazırladığı videoda ölkənin adının Qəzza və Sudan kimi "yardıma ehtiyacı olan" bölgələr sırasında göstərməsinə sərt reaksiya verib.

Liderxeber.az "Türkiye Gazetesi"nə istinadən xəbər verir ki, Oktay Saral bu barədə sosial şəbəkə hesabında paylaşım edərək Hadisenin UNICEF kampaniyası çərçivəsində səsləndirdiyi fikirləri qəbuledilməz adlandırıb.

O.Saral bildirib ki, Hadisenin Türkiyəni Qəzza və Sudanla eyni cümlədə "yardıma möhtac ölkə" kimi təqdim etməsi doğru yanaşma deyil. Onun sözlərinə görə, Türkiyə özü böhranlı bölgələrə yardım edir və bu cür ifadələr reallığı əks etdirmir.

Baş müşavir qeyd edib ki, Türkiyəni müharibə və aclıqla mübarizə aparan ölkələrlə eyni kateqoriyaya salmaq ölkənin beynəlxalq nüfuzuna zərər vurur.

Qeyd edək ki, Hadise UNICEF üçün hazırladığı Ramazan kampaniyası videosunda həmrəylik mövzusuna toxunub. Müğənni videoda "Türkiyədən Qəzzaya, Sudandan Afrikaya, uşaqlar iftar süfrəsində ümidə ehtiyac duyur" ifadələrini işlədərək izləyiciləri yardım etməyə çağırıb.