Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Meyxanaçı Samirə qızının saxlanılması barədə: "Orasını-burasını yemək" pis ifadədir?"

20 fev 2026, 14:45
Meyxanaçı Samirə qızının saxlanılması barədə: "Orasını-burasını yemək" pis ifadədir?"

Meyxanaçı Samirə qızı Fərəh Samirəqızının saxlanılması ilə bağlı yazılan xəbərlərə münasibət bildirib.

O, açıqlamasında bildirib ki, qızı, müğənni Fərəh Samirəqızı saxlanılmayıb.

Meyxanaçı sözlərinə belə davam edib:

"Qızımın nitqində söyüş və təhqir olmamasına baxmayaraq, ictimai qınağa səbəb olduğu üçün 500 manat məbləğində cərimə edilib. Qızıma şərti həbs cəzası filan verilməyib. Qızımın danışığında təhqiramiz heç nə yoxdur. "Orasını-burasını yemək" pis ifadədir? Mən gözünü də yeyə bilərəm, qaşını da, burnunu da. Bu, təhqiramiz ifadə deyil. Təhqiramiz hərəkət spirtli içki içib efirə çıxmaq və onu yayımlamaqdır. Yaxud da insanlara nəyisə təbliğ etməkdir".

Xatırladaq ki, Fərəh Samirəqızı sosial şəbəkələrdə təhqiramiz ifadələr işlətdiyi üçün polis tərəfindən saxlanılıb. F.Samirəqızının sosial şəbəkədə həmkarı Kəmalə Günəşlini müdafiə xarakterli çıxışı birmənalı qarşılanmayıb.