Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

İynə ilə 20 kilo arıqladığı iddia olunurdu, öz üsulunu açıqladı - Fotolar

27 yan 2026, 10:59
İynə ilə 20 kilo arıqladığı iddia olunurdu, öz üsulunu açıqladı - Fotolar

Son zamanlar xeyli çəki atması ilə gündəmə gələn türkiyəli aktrisa Bergüzar Korelin arıqlama iynələrindən istifadə etdiyi iddia olunur.

Liderxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 20 kiloqram arıqlayan 43 yaşlı aktrisa iddiaları təkzib edərək bunu necə bacarmasından danışıb.

“Həyatım boyu çox çəki alıb-itirmişəm. Amma intizam, tam qidalanma və məşq proqramı ilə 4 ayda ilk dəfə belə bir dəyişiklik yaşadım. Buna idman məşqçilərimin, dietoloqumun və özümün səyləri sayəsində nail oldum”, - deyə Korel söyləyib.

Qeyd edək ki, B.Korellə yanaşı, bir neçə məşhur sənətçilər sürətlə arıqlaması ilə diqqət çəkir. Belə ki, Işın Karaca, Deniz Seki, Demet Akalın, Şebnem Bozoklu və Zahide Yetiş xeyli çəki atmaları ilə müzakirə mövzusuna çevriliblər. Sosial media istifadəçiləri hesab edirlər ki, bu sürətli arıqlama nəticələri arıqlama iynələrindən qaynaqlanır.

Xatırladaq ki, Bergüzar Korel 2009-cu ildə aktyor Halit Ergençlə ailə həyatı qurub. Cütlüyün 2010-cu ildə Əli, 2020-ci ildə Han adlı oğulları, 2021-ci ildə isə qızları Leyla dünyaya gəlib.