Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

“Səkkiz” qaldığı yerdən davam edəcək...

22 yan 2026, 15:42
“Səkkiz” qaldığı yerdən davam edəcək...

“Səkkiz” serialının yayımı bərpa olunub. 

Liderxeber.az xəbər verir ki, bu barədə serialın quruluşçu rejissoru və baş rol ifaçısı olan aktyor Hikmət Rəhimov sosial şəbəkə hesabında paylaşım edib. 

O bildirib ki, serialın 2-ci bölümü yanvarın 24-ü, saat 23:00-da ARB kanalında yayımlanacaq. 

“Şükür “Səkkiz” qayıtdı, yayımı bərpa olundu. Dövlət həm yaradıcı heyətə, həm tamaşaçıların maraq və istəklərinə müsbət cavab verdi. Buna görə həm öz adımdan, həm yaradıcı heyət adından onlara təşəkkürümüzü bildiririk. Ədalətli qərar verən, Azərbaycan kino və serialının inkişafını dəstəkləyən hər kəsə sonsuz minnətdarıq. Qoyulan hər bir senzura qadağası incəsənətin inkişafına maneə olan amildir. Biz bütün qanunlara hörmətlə yanaşırıq”, - aktyor qeyd edib.

Xatırladaq ki, bir neçə gün əvvəl serialın ilk bölümündə qeyri-etik ifadələr işlədildiyi üçün ARB kanalının yayımı 3 saatlıq dayandırılıb. Daha sonra serialın yayımı həm yutub, həm televiziya, həm də kinoteatrda dayandırılması barədə qərar verilib.

“Səkkiz” serialı psixoloji triller janrında çəkilib və 12 seriyadan ibarətdir.