Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Məşhur aparıcıdan influenserlərə - Sərt tənqid

25 dek 2025, 15:39
Məşhur aparıcıdan influenserlərə - Sərt tənqid

Türkiyədə bir müddətdir davam edən narkotik əməliyyatları mediada da geniş müzakirə olunur.

Liderxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Habertürk telekanalının baş redaktoru Mehmet Akif Ərsoy ilə başlayan narkotik əməliyyatları xəbər aparıcılarına və influenserlərə də şamil edilib.

Hazırda istintaq çərçivəsində aparılan əməliyyatlarda məşhur simalar saxlanılmağa davam edir.

Əməliyyat isə təkcə influenserləri deyil, həm də qəzetlərin yazarlarını da əhatə edir. Belə ki, saxlanılanlardan biri olan Cihan Şensözlü bir qəzetin köşə yazarıdır. 

Bu hadisələr fonunda məşhur türkiyəli aparıcı Cüneyt Özdemir influenserləri tənqid edib. 

Tanınmış jurnalist sosial media fenomenlərinin həyat tərzinə münasibət bildirərək bu sözləri deyib:

“Mən 35 ildir jurnalistəm. “Bu həftə Dubaydayam” və ya “İcazə verin, şəxsi təyyarəmə minib başqa yerə gedim” demirəm. Bu insanlar bu cür həyat sürürlər. Həmin influenserlər ortada gəzir. Hamımız onların çoxunun nə etdiyini bilirik. Bu gün prokurorluq onların aktivlərini müsadirə edib. Jurnalist kimi mən də bilirəm. Onlara reklam verənlər bilir. Onları təyyarələrinə mindirib ətrafa göstərənlər nə etdiklərini bilirlər. Bu günə qədər hamı bilirdi. Bu, sanki sosial medianın sirri idi. Bəs nə oldu? Onlara reklam verdilərmi? Bəli. Tədbirlər təşkil etdilərmi? Bəli. Nə vaxta qədər? Bu günə qədər”.