Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Media nümayəndələri üçün kibermaarifləndirmə təlimi keçirildi - Fotolar

24 dek 2025, 16:14
Media nümayəndələri üçün kibermaarifləndirmə təlimi keçirildi - Fotolar

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində media nümayəndələri üçün kibermaarifləndirmə təlimi təşkil olunub.

Liderxeber.az xəbər verir ki, təlim Mərkəzin “CyberCollab” layihəsi çərçivəsində həyata keçirilib.

Təlimin əsas məqsədi rəqəmsallaşan dünyada mövcud kibertəhdidlərə qarşı media nümayəndələrinin məlumatlılığını artırmaq, media qurumlarına yönələn hücum növləri və onlardan qorunma yolları barədə praktiki biliklər təqdim etmək olub. 

Təlimdə İRİA-nın informasiya təhlükəsizliyi üzrə ekspertləri tərəfindən sessiyalar keçirilib. Sessiyalarda aktual kibertəhdidlər, sosial mühəndislik hücumları üzrə real nümunələr, eləcə də rəqəmsal təhlükəsizliyin təmin olunması ilə bağlı tövsiyələr iştirakçıların diqqətinə çatdırılıb. Eyni zamanda son dövrlərdə geniş istifadə olunan süni intellekt əsaslı platformalardan istifadə zamanı kibertəhlükəsizlik qaydalarına riayət edilməsinin vacibliyi barədə ətraflı məlumat verilib. 

Qeyd edək ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin təşəbbüsü ilə cari il ərzində media nümayəndələrinin kiberməlumatlılığının artırılması məqsədilə artıq üçüncü belə tədbir həyata keçirilir. Ümumilikdə, il ərzində 100-dən çox media nümayəndəsi bu təlimlərə cəlb olunub.