Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Türkiyədə tanınmış şəxslərə qarşı narkotik əməliyyatı: Məşhur aktrisa Ezgi Eyüboğlu saxlanıldı

19 dek 2025, 15:31
Türkiyədə tanınmış şəxslərə qarşı narkotik əməliyyatı: Məşhur aktrisa Ezgi Eyüboğlu saxlanıldı

Türkiyədə İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində keçirilən əməliyyatlar davam edir.

Bu barədə Liderxeber.az "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, saxlanılanlar arasında məşhur aktrisa Ezgi Eyüboğlu da var.

Əməliyyatda narkotik qaçaqmalçılığı, narkotik istifadəsi, fahişəliyə təhrik, vasitəçilik etmək və lisenziyasız silah saxlamaq cinayətlərində əli olduqları müəyyən edilən ümumilikdə 8 şübhəli tutulub saxlanılıb.

İstintaq çərçivəsində Eser Küçükerol və İsmayıl Ahmet Akça barəsində "Narkotik və ya stimullaşdırıcı maddələrin istehsalı və ticarəti", Saadet Ezgi Eyyüboğlu barəsində "İstifadə etmək üçün narkotik və ya stimullaşdırıcı maddə satın almaq, qəbul etmək və ya saxlamaq", Yiğit Macit, Mehmet Ali Gül, Gizem Türedi və Mehmet Güçlü barəsində "Fahişəliyə təhrik və vasitəçilik etmək", Saim Macit barəsində isə 6136 saylı "Odlu silahlar qanunu"nu pozma ittihamı üzrə məhkəmə prosesi başlanıb.

Şübhəlilərin ünvanlarında aparılan axtarışlar zamanı bir ədəd lisenziyasız tapança, bir ədəd lisenziyalı tapança, bir ədəd boş tapança, 16 ədəd boş patron, üç ədəd tapança patronu, səkkiz ədəd "Lyrica" həbi (111 kapsul daxil olmaqla), dörd ədəd kristal formada narkotik maddə, içində narkotik maddə olduğu hesab edilən 51 ədəd patron qutusu, beş şüşə maye, çox sayda narkotik istifadəsi aparatı və üyüdücülər müsadirə edilib.