Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

“Oskar” mükafatlandırma mərasimi yutubda yayımlanacaq

18 dek 2025, 09:56
“Oskar” mükafatlandırma mərasimi yutubda yayımlanacaq

“Oskar” mükafatlandırma mərasimi 2029-cu ildən etibarən televiziyada deyil, yutubda yayımlanacaq.

Liderxeber.az xəbər verir ki, bu barədə ABŞ Kino Sənətləri və Elmləri Akademiyasının açıqlamasında bildirilir.

Qeyd edilib ki, hər il milyonlarla insanın televiziyada izlədiyi “Oskar” mərasimləri ilə bağlı yeni təcrübələr tətbiq ediləcək.

Məlumata görə, 2028-ci ildə keçiriləcək 100-cü mərasim hazırkı yayımçı ABC kanalında göstərildikdən sonra yayım modeli dəyişdiriləcək.

Akademiyanın imzaladığı müqaviləyə əsasən, 2029-2033-cü illərdə “Oskar” mükafatlandırma mərasimləri və əlaqəli bütün məzmunun qlobal hüquqları yalnız yutuba məxsus olacaq.

Daha geniş auditoriyaya çatmaq məqsədilə bu müddət ərzində keçiriləcək mərasimlər ABC əvəzinə yutubda pulsuz izləniləcək.

Müqavilə Akademiyanın 52 milyon film mövzulu əsərdən ibarət nəhəng kolleksiyasının rəqəmsal olaraq əlçatan edilməsini nəzərdə tutur.

Akademiya 2026-cı ilin martında keçiriləcək 98-ci “Oskar” mükafatlandırma mərasimi üçün 12 kateqoriyada qısa siyahıya düşən filmləri də açıqlayıb.