Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

“Mən “uje” 1500 manatlıq cərimə etdim”

17 dek 2025, 12:45
“Mən “uje” 1500 manatlıq cərimə etdim”

Xəbər verdiyimiz kimi, Audiovizual Şuranın sədri İsmət Səttarov efirdə dil qaydalarının pozulması ilə bağlı 1000 manata qədər cərimələrin tətbiq ediləcəyini açıqlayıb.

Liderxeber.az-ın məlumatına görə, Əməkdar artist Tahir İmanov Şura sədrinin bu açıqlamasına instaqram hesabında paylaşdığı ironik video ilə münasibət bildirib.

“Televiziyada yeni cərimələr tətbiq olunub. Beleliklə, televiziya verilişində “ok” sözünü işlədən 500 manat cərimə olunacaq. “Vauu” sözünə görə 500 manat, “karoçi” sözünə görə də 500 manat cərimələnəcəksiniz. Mən “uje” 1500 manatlıq cərimə etdim. Üzr istəyirəm, “uje” dedim, cərimə 2000 min manat oldu. Amma televiziyada ağzınıza gələni danışsanız, bayağı musiqi təbliğ etsəniz, heç bir cərimə olmayacaq”, - Əməkdar artist vurğulayıb. 

Qeyd edək ki, bir müddət əvvəl İ.Səttarov bildirib ki, Şura verilişlərin monitorinqində süni intellektdən istifadə etməyə başlayıb. Nəticədə aparıcılar tərəfindən təxminən 3 min dəfə xarici sözlərdən istifadə edildiyi müəyyənləşib. Məsələn, “ok” sözü 104 dəfə səsləndirilib.

Onun sözlərinə görə, yanvardan etibarən bu məlumatlar telekanallara göndəriləcək. 3 aydan sonra Şura dil haqqında qanundan irəli gələrək 500 manatdan 1000 manata qədər cərimələr tətbiq edəcək.