Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Jurnalist Nigar Orucova taksi sürücüsünün hücumuna məruz qalıb

17 dek 2025, 12:02
Jurnalist Nigar Orucova taksi sürücüsünün hücumuna məruz qalıb

Bakıda jurnalist Nigar Orucova taksi sürücüsünün hücumuna məruz qalıb.

Liderxeber.az xəbər verir ki, bu barədə özü sosial şəbəkədə paylaşım edib.

Bildirib ki, "Uber" şirkətindən taksi çağırıb:

"Proqramda sürücünün eşitmə məhdudiyyətli olduğu qeyd olunmuşdu. Bir dəfə də belə məhdudiyyətli sürücü ilə gələndə heç bir problem yaşamadığım üçün bu dəfə də imtina etmədim. Avtomobilə əyləşib yolu izah etmək üçün telefonda yazıb sürücüyə göstərdim. İşarə etdi ki, oxuya bilmir. Məcbur qalıb maşından düşdüm. Amma hələ həyətimizdən çıxmadığımız üçün ödəniş etmədim. Adam dalımca düşüb mənə hücum etmək istədi. Yaxşı ki, həyətdə qonşular var. Qaçdım yanlarına. Bunu görən sürücü telefonunu çıxarıb şəklimi çəkdi. Sonra maşınına əyşib sürdü. Mən də şikayət edə bilməyim üçün telefonla arxadan avtomobilin şəklini çəkdim. Bunu görən sürücü yüksək sürətlə maşını arxaya-arxaya üstümə sürdü. Zamanında yoldan çıxa bildim".

Daxili İşlər Nazirliyinin bölmə rəisi Nurlan Əliyev bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır.