Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Məşhur türkiyəli müğənni Güllünün ölümü: Qızının rəfiqəsinin atası da saxlanıldı

11 dek 2025, 16:06
Məşhur türkiyəli müğənni Güllünün ölümü: Qızının rəfiqəsinin atası da saxlanıldı

Türkiyənin Yalova şəhərində şübhəli şəkildə evinin pəncərəsindən yıxılaraq həyatını itirən müğənni Güllünün işi ilə bağlı istintaq davam edir və daha bir nəfər nəzarət altına alınıb.

Bu barədə Liderxeber.az "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, istintaq çərçivəsində müğənninin qızı Tuğyan Ülkem Gülter və qızının rəfiqəsi Sultan Nur Uludan sonra rəfiqəsinin atası Arif Ulu da Kocaelinin Gebze rayonunda saxlanılıb.

Bununla da istintaq çərçivəsində saxlanılanların sayı dörd nəfərə çatıb.

Qeyd edək ki, sentyabrın 26-da Güllü (52 yaş) Yalovanın Çinarcık rayonunda yerləşən binanın 5-ci mərtəbəsindəki evinin pəncərəsindən yıxılaraq ölüb.

Güllünün ölümü ilə bağlı Yalova Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində qızı Tuğyan Ülkem Gülter, qızının rəfiqəsi Sultan Nur Ulu və onların yanındakı daha iki nəfər ölkə xaricinə qaçmağa hazırlaşdıqları zaman İstanbulda saxlanılıblar. "Qəsdən adam öldürmə" ittihamı ilə saxlanılan Tuğyan Ülkem Gülter, Sultan Nur Ulu, eləcə də nəqliyyat vasitəsinin sürücüsü ilə bağlı Yalova Vilayət Polis İdarəsində prosedurlar davam edir