Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

2025-ci ilin ən yaxşı filmlərinin SİYAHISI

02 dek 2025, 17:15
2025-ci ilin ən yaxşı filmlərinin SİYAHISI

2025-ci ildə kinoteatrlarda nümayiş olunan ən yaxşı filmlərin reytinqi açıqlanıb.

Liderxeber.az "Rolling Stone" jurnalına istinadən xəbər verir ki, birinci yeri Leonardo Di Kaprio və Şon Pennin baş rolları canlandırdığı "Döyüş ardınca döyüş" filmi tutub.

İkinci pillədə Uilyam Şekspirin yeganə oğlunun itkisi faciəsinə həsr olunmuş "Hamnet" filmi qərarlaşıb. Ekran əsərində Şekspiri Pol Meskal, həyat yoldaşı Aqnesi isə Cessi Bakli canlandırır.

Üçüncü yeri isə Stiven Soderberqin çəkdiyi "Qara çamadan" detektivi tutur. Filmin baş rollarında Keyt Blanşett və Maykl Fassbender çıxış ediblər.

İlin ən yaxşı 10 filmi siyahısına, həmçinin "Qatar yuxuları", "Yeni dalğa", "Sadə təsadüf", "İstisna metodu", "Bağışla, balam", "Möhtəşəm Marti", "Sentimental dəyər" filmləri də daxil edilib.