Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Rəqsanə əri ilə birgə çəkildiyi klipdən kadrlar paylaşdı

29 noy 2025, 11:12
Rəqsanə əri ilə birgə çəkildiyi klipdən kadrlar paylaşdı

On gün əvvəl azadlığa çıxan müğənni Rəqsanə İsmayılova sosial şəbəkə hesabında yeni klipinin görüntülərini paylaşıb.

Liderxeber.az xəbər verir ki, klipdə onun həyat yoldaşı Fazil Əmiraslanov da yer alıb. Müğənninin “Elə darıxmışam ki” adlı mahnıya çəkdirdiyi klipdə əri pilot obrazındadır. Klipin yayım tarixi açıqlanmayıb.

Bu, Rəqsanənin həbsdən sonra paylaşdığı ilk post olub. Belə ki, ifaçı hekayə bölümündə məlumatlar paylaşsa da, ana səhifəni həbs edildiyi avqust ayından bəri yeniləmirdi. 

Qeyd edək ki, Rəqsanə İsmayılova bir nəfərə yalan vəd verərək 520 min dollarını və 30 min manatlıq qızıl-zinət əşyalarını ələ keçirməklə ittiham olunurdu. Eyni zamanda Fazil Əmiraslanov da cinayət məsuliyyətinə cəlb edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdi.

Sosial şəbəkələrdə yayılan iddialarda R.İsmayılova ilə həyat yoldaşının ayrıldığı deyilirdi. Bu iddiaların yaranmasına səbəb isə müğənninin azadlığa çıxdığı gün Fazil Əmiraslanovun onun yanında görünməməsi olub.