Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

“Məhəllə-məhəllə gəzib, təmiz analiz nəticələrimi paylaşacağam” - İrem Derici

09 okt 2025, 08:50
“Məhəllə-məhəllə gəzib, təmiz analiz nəticələrimi paylaşacağam” - İrem Derici

İstanbul Respublika Prokurorluğunun narkotik maddələrin istifadəsinə dair istintaqı çərçivəsində dindirilən məşhur müğənni İrem Derici mətbuat qarşısına çıxaraq açıqlama verib.

Liderxeber.az-ın məlumatına görə, Məhkəmə-Tibbi Ekspertiza Mərkəzində qan, sidik və saç nümunələri verən İrem Derici jurnalistlərə bildirib ki, lazım gəlsə, məhəllə-məhəllə gəzib, təmiz və qüsursuz analiz nəticələrini hər kəslə paylaşacaq.

Sevgilisi Melih Kunukçu ilə üzük taxaraq kameralar qarşısına çıxan müğənni nəticələrin hər kəs tərəfindən düzgün və şəffaf şəkildə işıqlandırılmasını istəyib:

“Mən də xahiş edirəm, bu gün hər yerdə yayılan bu xəbərlə yanaşı, mənim qüsursuz nəticələrimi da paylaşasınız”.

İstanbul Respublika Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan istintaq çərçivəsində bir sıra tanınmışlardan qan, sidik və saç nümunələri götürülüb.

Məsələ ilə bağlı yeni açıqlamalar gələn günlərdə gözlənilir.