Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Saxlanıldığı bildirilən Dilan-Engin Polat cütlüyünün vəkili analiz cavablarını açıqlandı

08 okt 2025, 17:14
Saxlanıldığı bildirilən Dilan-Engin Polat cütlüyünün vəkili analiz cavablarını açıqlandı

Türkiyədə İstanbul Respublika Baş Prokurorluğu tərəfindən narkotik və ya stimullaşdırıcı maddə istifadəsi iddiası üzrə başladılan istintaq işi ilə bağlı məxfilik qərarı verilib.

Liderxeber.az-ın "T24"ə istinadən xəbərinə görə, bu barədə istintaq çərçivəsində ifadələrinin və qan nümunələrinin götürülməsinə göstəriş verilən Dilan-Engin Polat cütlüyünün vəkili Sevinç Oraz məlumat verib.

Sevinç Orazın sözlərinə görə, Polat cütlüyünün qan, sidik və saç analizləri təmiz çıxıb.

"Narkotik maddə istifadə etmədiklərinə dair ifadələrimiz, dəlillərimiz sabitdir. Hesabatlar da ortadadır. İfadələr yekunlaşdıqdan sonra sərbəst buraxılacaqlar. Bu, bir saxlanılma deyil, ifadə verməkdir. Dosyedə məxfilik qərarının alındığı bildirilir", - deyə vəkil bildirib.

Türkiyədə İstanbul Jandarma Komandanlığının Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən məşhurlara qarşı narkotikdən istifadəni təşviq etməkdə ittiham üzrə keçirilən əməliyyat üzrə istintaq davam edir.

Liderxeber.az-ın məlumatına görə, istintaq çərçivəsində saxlanılan məşhurlar qan analizi verdikdən və ifadələri alındıqdan sonra sərbəst buraxılacaqlar.