Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Türkiyədə qalmaqallı menecer sərbəst buraxıldı

01 okt 2025, 17:02
Türkiyədə qalmaqallı menecer sərbəst buraxıldı

Aylardır həbsdə olan türkiyəli tanınmış menecer Ayşe Barım sərbəst buraxılıb.

Liderxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı bu gün baş tutan məhkəmədə qərar qəbul edilib.

Belə ki, yanvarın 28-də “Gəzi Parkı” hadisələrində iştirak iddiası ilə həbs edilən menecer bu gün ikinci dəfə hakim qarşısına çıxarılıb.

Məhkəmədə Bergüzar Korel, Halit Ergenç, Nejat İşler, Selma Ergec, Mehmet Günsür, Rıza Kocaoğlu, Şükran Ovalı, Zafer Algöz kimi məşhurlar şahid qismində iştirak ediblər.

A.Barım ifadəsi zamanı “Bir vətəndaş olaraq ölkəmə qarşı borcumu yerinə yetirmişəm. Həyatımda nə cinayət törətmişəm, nə də istintaqa cəlb olunmuşam”, - deyərək ittihamları rədd edib.

248 gündür həbsdə olan Barım ev dustaqlığı və məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. Onun ölkədən çıxışına qadağa qoyulub.

Xatırladaq ki, Ayşe Barım “Gəzi Parkı” hadisələrində iştirak iddiası ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilmişdi. Ona 22 il 6 aydan 30 ilədək həbs cəzası istənilmişdi.