Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Aygün Bəylərin qızı beynəlxalq yarışda medallar qazandı

30 avq 2025, 12:15
Aygün Bəylərin qızı beynəlxalq yarışda medallar qazandı

Mərhum Əməkdar artist Aygün Bəylərin qızı, Avropa Azərbaycan Məktəbinin şagirdi Canan Hümmətova Malayziyanın Kuala Lumpur şəhərində keçirilən “​World Scholar’s Cup Global Round 2025” yarışında Azərbaycanı təmsil edib.

Liderxeber.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım olunub.

Ümumilikdə yarışda Azərbaycanı 8 şagird təmsil edib. 50-dən çox ölkədən olan həmyaşıdları ilə birlikdə yarışan məktəblilərin hər biri medallar qazanıb.

10-cu sinif şagirdi olan C.Hümmətova akademik yazı və debatlarda yüksək nəticələr göstərərək qızıl və gümüş medallara sahib çıxıb. Bu uğurları sayəsində o, bütün komanda ilə birlikdə Yel Universitetində keçiriləcək “Tournament of Champions” final mərhələsinə vəsiqəni təmin edib.